İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya BÖYÜK ZƏRBƏ! Kəşfiyyat məlumatı yayıldı - 20 min döyüşçü...

ABŞ Ukraynanın şərqindəki Baxmut şəhərində Rusiyanın 20 min döyüşçünü itirdiyini iddia edib. Vaşinqton administrasiyası sözügedən şəhərdə 80 min rus döyüşçüsünün də yaralandığını bildirib.

Musavat.com xəbər verir ki, kəşfiyyat məlumatlarına əsaslanan bəyanatı ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi verib.

Kirbi ölənlərin yarısının Rusiyanın muzdlu şirkəti “Vaqner”ə bağlı döyüşçülər olduğunu iddia edib.

Kəşfiyyat məlumatı doğrudursa, Rusiyanın itkisi şəhərin müharibədən əvvəlki 70 min əhalisini üstələyən həddə çatıb.

Baxmut döyüşləri ilə bağlı jurnalistlərə açıqlama verən Kirbi bildirib ki, Rusiyanın hücumu uğursuz olub və onlar ciddi, strateji qazanc əldə edə bilməyiblər. Kirbi qeyd edib ki, Rusiya burada 20 min hərbçi itirib, 80 mindən çox insan yaralanıb.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Ukraynanın itkiləri barədə məlumat verməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR