İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın yanacaq anbarındakı yanğın texnogen qəza həddinə çatdı

Rusiyanın Rostov vilayətinin Proletarsk şəhəri yaxınlığında yerləşən dövlət yanacaq anbarında yanğın getdikcə böyüyür. Bazar günündən Ukraynanın dronla zərbə endirdiyi anbarlarda Rusiyanın dövlət ehtiyatlarına aid olan dizel yanacağı saxlanılırdı.

Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, 4 gündür davam edən yanğını nəinki lokallaşdırmaq mümkün olmayıb, əksinə, onun ərazisi 2 min kvadtratmetrə qədər genişlənib. Anbar ərazisində olan 74 ədəd çəndən 21-i artıq partlayıb. Rusiyalı ekspertlər yanğının texnogen qəza səviyyəsinə çatdığını bildirir, dövlət qurumlarını adekvat reaksiya verməməkdə günahlandırırlar. Belə ki, yanğın yerində alovun hündürlüyünün 5 mərtəbəli binadan yüksəyə qalxdığı, yaranan qara tüstü dumanının hətt Rostov şəhərindən belə göründüyü bildirilir.

Yanğınla mübarizəyə bütün qonşu rayonlardan yanğınsöndürənlər cəlb olunub. Ümumilikdə yanğının söndürülməsinə 1000 nəfər yanğınsöndürən, xüsusi qatar və təyyarələr cəlb olunub. Dörd gündə 40-dan yuxarı yanğınsöndürən xəsarət alıb, onlardan bir neçəsinin vəziyyəti ağır olduğu üçün Sankt-Peterburqa köçürülüblər.

Mütəxəssislər yanğının Proletarsk şəhərinə keçməsi təhlükəsinin böyük olduğunu bildirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR