İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiyanın Ukryanaya hucum planından xəbərimiz olmayıb” –Çin səfiri

“Çinin bu müharibəni əvvəldən bildiyi, razılaşdığı və ya üstüörtülü şəkildə dəstəklədiyi iddiaları dezinformasiyadır. Bütün bu iddialar yalnız Çinin üzərinə çamur atmaq məqsədi daşıyır”.

Azpost.info xəbər verir ki, bunu Çinin ABŞ-dakı səfiri Tsin Qan “Washington Post”dakı məqaləsində yazıb.

Səfir qeyd edib ki, Rusiya və Ukrayna arasında münaqişə Çinin xeyrinə deyil: “Çin həm Rusiya, həm də Ukraynanın ən böyük ticarət tərəfdaşıdır. Əgər gözlənilən böhrandan xəbərdar olsaydıq, bunun qarşısını almaq üçün mümkün olan hər şeyi edərdik”.

Səfirin sözlərinə görə, işğal zamanı Ukraynada 6 mindən çox Çin vətəndaşı olub.

Diplomat qeyd edib ki, bütün ölkələrin, o cümlədən Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir: “Ukrayna ilə bağlı Çinin mövqeyi obyektiv və qərəzsizdir. BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə tam riayət etmək, həmçinin bütün ölkələrin, o cümlədən Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək lazımdır”.

Tsin Qan bəyan edib ki, Çin Ukraynada sülhün tərəfdarıdır və bunun üçün gücü çatan hər şeyi etməyə hazırdır: “Çinin məqsədi müharibəyə son qoymaq, regional və qlobal sabitliyi qorumaqdır. İndi əsas prioritet Uraynada atəşkəsə nail olmaq və mülki əhalini döyüşlərdən qorumaqdır”.

Eyni zamanda, səfir Tayvan və Ukrayna məsələlərini eyni tutmamağa çağırıb: “Ukrayna suveren dövlətdir, Tayvan isə Çin ərazisinin ayrılmaz hissəsidir. Tayvan məsələsi Çinin daxili işidir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR