Onlayn ictimai-siyasi qəzet
Avqustun 1-dən 20-dək Rusiyanın taxıl ixracı illik ifadədə 22 faiz azalıb.
Musavat.com İnterfaks-a istinadən xəbər verir ki, bu məlumatı Rusiya Taxıl İttifaqı açıqlayıb. Məlumata görə, avqustun ilk 20 günündə ölkədən 4 milyon 235 min ton əsas taxıl məhsulları ixrac edilib.
Birliyin analitik departamentinin direktoru Yelena Türinanın sözlərinə görə, iyulda taxıl ixracında geriləmə 24 FAİZ təşkil edib. Avqustun 1-dən avqustun 20-dək buğda ixracı ötən mövsümDƏKİ 4 milyon 411 min tondan 16,5 faiz azalaraq 3 milyon 685 min tona düşüb. İyulda fərq 22 faiz təşkil edib. Arpa ixracı 870 min tondan 419 min tona, qarğıdalı 167 min tondan 130 min tona qədər azalıb.
Bu templə avqustun yekununda taxıl məhsulları ixracı 6,5 milyon ton olacaq. Ötən ilin avqustunda ixrac 7,7 milyon ton olmuşdu.
Avqustda 30 ölkəyə buğda ixrac edilib – ötən ilin avqustunda bu rəqəm 42 idi.
Bazarda qiymət konyukturasından danışan ekspert bildirib ki, avqustun əvvəlindən çoxistiqamətli dinamika müşahidə olunur. Fransız buğdasının qiymətləri 5,7 faiz azalaraq bir ton üçün 230 dollara düşüb, Amerika buğdasının qiymətləri isə əsasən sabit olub, 0,9 faiz artaraq bir ton üçün 220 dollara çatıb. Rusiya buğdasının qiymətləri 1 dollar ucuzlaşaraq 215-216 dollar olub. Fransa buğdasına nəzərən Rusiya buğdasının endirimi 1 tonda 15 dollardır – iyulda bu, 27 dollar idi.
Musavat.com
19 Dekabr 2024
18 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ