İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın onlarla tankeri Qara dəniz sularında qalıb

Rusiya limanlarında neft yüklənmiş təxminən 20 tanker Türkiyə sularındadır və rəsmi Ankaradan Bosfor, Dardanel boğazlarından keçmək üçün icazə gözləyir.

Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Qəzetin xəbərinə görə, buna əsas səbəb ABŞ, Aİ və G-7-nin 60 dollar/bareldən yuxarı qiymətə satılan Rusiya neftinin sığortası və daşınmasına xidmət göstərilməsi ilə bağlı qoyduqları qadağanın qüvvəyə minməsidir. İndi Türkiyə daşıyıcılardan yüklərinin sığortalanması barədə əlavə sənədlər tələb edib. Nəticədə ən azı 19 tanker hələlik Qara dənizi tərk edə bilmir.

Qəzetin yazdığına görə, onlardan birincisi noyabrın 29-dan icazə gözləyir. Türkiyə gəmilərin toqquşması, qəzalar, boğazlarda neft sızması zamanı gəmi sahiblərinin onun nəticələrinin aradan qaldırılması ilə bağlı xərcləri ödəyə biləcəyindən əmin deyil.

Xatırladaq ki, ötən həftə “Financial Times” qəzeti Rusiyanın sanksiyalar ərəfəsində özünün “kölgə tanker donanması” yaratdığı barədə xəbər yaymışdı. Onlar Rusiya şirkətləri tərəfindən sığortalanacaq və ya yükü sığortalamadan nefti daşımağa çalışacaqlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR