İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın müharibə itkilərinin yeni siyahısı - ŞOK RƏQƏMLƏR

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

Musavat.com-un məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 154 830 hərbçisi zərərsizləşdirilib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 432 tank, 6 714 zirehli maşın, 2 456 artilleriya sistemi, 488 reaktiv yaylım atəşi sistemi, 253 hava hücumundan müdafiə sistemi, 303 təyyarə, 289 helikopter, 2 095 PUA, 873 qanadlı raket, 18 gəmi/qayıq, 5 323 avtomobil texnikası və avtosistern, 236 xüsusi texnikadan ibarətdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR