İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın müdafiə naziri də Alyaskadakı danışıqlara qoşulacaq

Rusiyanın müdafiə naziri Andrey Belousov Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında Alyaskada keçiriləcək geniş tərkibli danışıqlarda iştirak edəcək. Musavat.com xəbər verir ki, məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib: “Belousov geniş tərkibdə görüşdə iştirak edəcək”.

Qeyd edək ki, Ankoricdə Rusiya-Amerika sammiti iki saatdan artıqdır ki, məhdud formatda davam edir: Müzakirələrdə iki dövlətin liderləri ilə yanaşı, onların köməkçiləri və xarici siyasət idarələrinin rəhbərləri də iştirak edirlər.

Daha sonra Putin və Tramp arasında danışıqlar geniş tərkibdə, nümayəndə heyətlərinin digər üzvlərinin iştirakı ilə davam etdiriləcək. Rusiya tərəfdən görüşə Maliyyə və Müdafiə nazirliklərinin rəhbərləri Anton Siluanov və Andrey Belousov, habelə prezidentin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevin qatılacağı gözlənilir.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR