Onlayn ictimai-siyasi qəzet
Ukrayna ordusunun Rusiyanın Kursk vilayətində təşəbbüsü yenidən ələ alması fonunda vilayətin iki rayonundan əhalinin köçürülməsinə başlanır.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Kursk vilayətinin qubernatoru Aleksey Smirnov Telegram kanalından Rılski və Xomutovski rayonlarının sakinlərinin təxliyə olunacağını açıqlayıb.
O, təxliyənin məcburi xarakter daşıdığını bəyan edib:
“Əməliyyat məlumatı əsasında regional əməliyyat qərargahı təhlükəsizliyin təmin edilməsi məqsədilə Ukrayna ilə sərhədə bitişik 15 kilometrlik zonada yerləşən Rılski və Xomutovski rayonlarında yaşayış məntəqələrinin məcburi boşaldılması barədə qərar qəbul edib”.
Smirnov qeyd edib ki, yerli sakinlərin ərazidən çıxması prosesinin əlaqələndirilməsi təhlükəsizlik qüvvələrinə, yerli administrasiyaya və Kursk Patriot Mərkəzinin sayıqlarına həvalə olunub:
“Əziz həmvətənlər, sizdən xahiş edirəm ki, mövcud vəziyyətə anlayışla yanaşasınız, təhlükəsizlik qüvvələrinin və yerli hakimiyyət orqanlarının bütün tövsiyələrinə əməl edəsiniz”.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ