İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın edə bilmədiyini bir vaxtlar bəyənmədiyi Hindistan bacardı

Hindistanın “Çandrayan-3” planetlərarası stansiyası tərəfindən Ayın orbitinə çıxarılan “Vikram” eniş modulu Yerin peykinə uğurlu eniş edib.

Modulun içində “Praqyan” Ay maşını var.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, eniş Hindistan Kosmik Tədqiqatlar Təşkilatının "YouTube" kanalında canlı yayımlanıb və onu 6,5 milyona yaxın insnan izləyib.

Hindistan SSRİ, ABŞ və Çindən sonra öz aparatını Yerin peykinə endirən dördüncü ölkə olub. Bundan əlavə, bu, öz texnikasını Ayın cənub qütbünə endirməyi bacaran ilk ölkədir.

Stansiya iyulun 14-də Şriharikota buraxılış meydançasından LVM3 raketi ilə buraxılıb. Aya uçuş təxminən üç həftə davam edib. Vikram eniş aparatı və Pragyan Ay maşını Yerin təbii peykində bir ay günü – yəni, 14,5 Yer günü işləməlidir. Onlar seysmik aktivliyi, torpağı və ekzosferi öyrənəcəklər.

Hindistanın əvvəlki Ay missiyası uğursuzluqla başa çatıb. Daha sonra “Çandrayan-2” stansiyası tərəfindən Ayın orbitinə çatdırılan “Vikram” eniş modulu qəzaya uğrayıb.

Xatırladaq ki, cəmi 4 gün öncə Rusiyanın “Luna 25” aparatının Ayın səthinə endirilməsi cəhdi uğursuzluqla nəticələnib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR