İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın doğum evini vurması nəticəsində yaralanan qadın və körpəsi öldü

Rusiya Mariupoldakı doğum evini vurduqdan sonra xərəklə təcili yardıma aparılan və bu kadrla müharibənin simvoluna çevrilən hamilə qadın körpəsi ilə birlikdə həyatını itirib.

Avropa.info xəbər verir ki, müharibənin simvoluna çevrilən hamilə qadın bombardımandan sonra cəbhəyə daha yaxın olan başqa xəstəxanaya aparılıb.

Cərrah Timur Marin "Associated Press"ə açıqlamasında qadının çanaq sümüyünün əzildiyini, ombasının sındığını, körpənin keysəriyyə ilə doğulduğunu, lakin heç bir həyat əlaməti olmadığını bildirib. Dərhal anaya fokuslandıqlarını, lakin 30 dəqiqə davam edən müdaxiləyə baxmayaraq ananın da reaksiya vermədiyini ifadə edən cərrah Marin, "Təəssüf ki, ikisi də öldü", deyib.

Müharibə cinayətlərində ittiham olunan Rusiya rəsmiləri doğum evinin baza kimi istifadə olunmaq üçün "ukraynalı ekstremistlər" tərəfindən ələ keçirildiyini, içəridə heç bir xəstə və ya tibb işçisinin qalmadığını iddia edibdilər. Rusiyanın BMT-dəki səfiri və Rusiyanın Londondakı səfirliyi bu görüntüləri “saxta xəbər” adlandırmışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR