İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Cənubi Amerikadakı daha bir dayağı hakimiyyəti itirir

Boliviyada dünən keçirilən prezident seçkilərində Senator Rodriqo Pas Pereyra və Boliviyanın keçmiş prezidenti (2001-2002) Xorxe Quiroqa ikinci tura çıxır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Ali Seçki Məhkəməsinin (SSK) səslərin hesablanması nəticələrinə dair açıqladığı məlumatlar sübut edir.

Protokolların 90 faizindən çoxunun hesablanmasından sonrakı nəticələrə əsasən Xristian Demokrat Partiyası - 32,08 faiz, Azadlıq və Demokratiya Partiyası - 26,94 faiz, Unity(Birlik) Partiyası - 19,93 faiz səs toplayıb.

Unity tərəfindən irəli sürülən sahibkar Samuel Doria Medina məğlubiyyətini etiraf edib.

Birinci turda qalib gəlmək üçün namizədin mütləq səs çoxluğu (50 faiz + 1) və ya 40 faiz səs toplaması lazımdır, bu şərtlə ki, ən yaxın rəqibdən fərq 10 faizdən çox olsun. Bu baş vermədiyi üçüçn oktyabrın 19-da seçkilərin ikinci turu keçiriləcək.

Anketlərə görə, Pas Pereyra seçki yarışının liderləri arasında deyildi. Keçmiş prezident Xayme Pas Zamoranın oğlu (1989-1993) ölkənin mərkəzsizləşdirilməsini, sərfəli kredit proqramının tətbiqini, həmçinin vergi və rüsumların azaldılmasını müdafiə edir. Siyasətçi hesab edir ki, ölkənin Cənubi Amerika Ümumi Bazarına (Mercosur) daha güclü inteqrasiyası, eləcə də digər ölkələrlə, ilk növbədə Braziliya və ABŞ ilə əlaqələrin daha fəal inkişafı zəruridir. 2024-cü ildə o, prezident Luis Arce hökumətini Rusiya və İranla əlaqələrinə görə tənqid edib.

Quiroga seçkilərdən əvvəl iki favoritdən biri idi. O, Kuba, Venesuela və İranla münasibətlərin saxlanmasına qarşı çıxır, Rusiyanın Venesueladakı təsirini tənqid edir və BRİKS ilə münasibətlərə yenidən baxılmasını zəruri sayır, eyni zamanda Çin və Hindistanla əlaqələrin inkişaf etdirilməsinin tərəfdarıdır. Quiroga həmçinin "vəzifələr həbsxanası" adlandırdığı Merkosur-dan ayrılmaq istədiyini bildirib.

Quiroga daxili siyasətdə büdcə kəsirinin azaldılması və dövlət şirkətlərinin özəlləşdirilməsi üçün dövlət xərclərinin ciddi şəkildə tənzimlənməsini həyata keçirmək niyyətindədir. Namizəd həmçinin ədliyyə sistemi və konstitusiya islahatlarının tərəfdarıdır. Quiroga litium layihələri üçün müqavilələri, o cümlədən Rusiyanın Rosatom korporasiyasının törəmə şirkəti Uranium One ilə müqaviləni ləğv edəcəyini vəd edir.

Beləliklə, ötən gün keçirilən seçkilər Boliviyada Rusiyanın nüfuz dairəsində olan sosialist rejimin 20 illik hakimiyyətinin sonunu gətirmiş olur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR