İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın bu ölkədəki səfirliyinin işıq və qazını kəsmək istəyirlər

Çexiyada Rusiyanın bu ölkədəki səfirliyinin qazının, elektrik enerjisinin və suyunun kəsilməsinə çağırış edən petisiya başladılıb.

Musavat.com “Unian”a istinadən xəbər verir ki, sözügedən petisiya “petice.com” saytında yerləşdirilib.

Layihə rəhbərləri qeyd edib ki, onlar bununla Rusiya səfirliyinin əməkdaşlarının Kiyevdə qaranlıqda qalan sakinlərin nə hiss etdiklərini anlamasını istəyirlər.

Bildirilir ki, Rusiya ordusu artıq bir neçə həftədir Ukrayna şəhərlərini və kəndlərini raket atəşinə tutur. Atəş nəticəsində ev, məktəb, uşaq bağçaları, mağaza və fabriklərlə yanaşı, xəstəxanalar da işıqsız qalıb.

“Rusiyaya məxsus bütün əmlakın qazının, işığının və suyunun kəsilməsini tələb edirik”, - deyə petisiyada qeyd olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR