İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın BMT-dəki nümayəndəsi “Laçın sənədi”nin iflasına izahat verdi: “Fransanın natəmizliyi...”

Rəsmi Parisin bütün siyasi-diplomatik resurslarını səfərbər edərək, Azərbaycan əleyhinə BMT Təhlükəsizlik Şurasında başlatdığı məkrli kampaniya puça çıxdı. 

Yada salaq ki, dekabrın 20-21-də  Fransa Laçın yolundakı vəziyyət ilə bağlı BMT TŞ-nın iclasını çağırmağa nail oldular. Fransanın israrlı səyləri ilə BMT TŞ-da Azərbaycanın ittiham olunmasına hesablanmış toplantı keçirildi. 20-21 dekabr müzakirələrindən dərhal sonra Fransanın təşəbbüsü ilə BMT TŞ-da Laçın-Xankəndi yolundakı vəziyyəti “humanitar fəlakət” kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırlanmışdı. Fransa BMT TŞ-nın daimi üzvü və bu qurumun indiki sədri kimi (daimi və qeyri-daimi üzvlərin hərəsi bir ay sədr olur) Azərbaycanın əleyhinə olan bu sənədin qəbul edilməsi üçün əlindən gələn hər şeyi etdi. Bu məkrli proses isə bilavasitə Fransa prezident administrasiyası və Emmanuel Makronun xarici siyasət məsələləri üzrə müşavirləri tərəfindən idarə olunurdu.

mak.jpg (116 KB)

Ancaq prosesin yekun nəticələri Fransa üçün böyük rüsvayçılığa səbəb oldu. BMT TŞ-nın daimi üzvü və hazırda onun sədri olan Fransa 10 gün ərzində bütün siyasi-diplomatik resurslarını işə salsa da, bir bəyanatı belə qəbul etdirə bilmədi. Belə ki, bəzi digər iştirakçı ölkələrin təklifləri sayəsində bəyanat fransızların təqdim etdiyi ilkin layihədən fərqli olaraq, ciddi şəkildə dəyişdirildi. Ermənipərəst məzmunda hazırlanmış sənəddən “Dağlıq Qarabağ” ifadəsi çıxarıldı. Əvəzində “Humanitar yardım olarsa, bu, yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında ola bilər” və “Azərbaycanın ərazi bütövlüyünə dəstək” kimi ifadələr daxil edildi. 

Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski özünün Teleqram kanalında bildirib ki, BMT Təhlükəsizlik Şurasının Laçın dəhlizi ilə bağlı bəyanatı onu hazırlayan Fransanın hərəkətləri səbəbindən qəbul edilə bilməzdi.

bmt-fransa.png (594 KB)

“BMT Təhlükəsizlik Şurasının Laçın dəhlizi ətrafındakı vəziyyətlə bağlı mətbuat bəyanatını qəbul etməməsinin səbəbləri ilə bağlı tamamilə yalan məlumatın təqdim edilməsini qeyd etməyə bilmərəm .İrəvanın xahişi ilə bu proses fransızlar tərəfindən əlaqələndirilib. Təhlükəsizlik Şurasının digər üzvlərinin düzəlişlərini nəzərə alaraq, bizim təkliflərimizin böyük əksəriyyətinə məhəl qoymadı. Parisin bu cür üsullarının natəmizliyi göz qabağındadır”, - Polyanski bildirib.

Eyni zamanda o əlavə edib ki, Rusiya tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə sözdə deyil, əməldə məşğuldur. Bu, Laçın dəhlizinə də aiddir.

Orxan ƏLİYEV, 
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR