Onlayn ictimai-siyasi qəzet
Bu ilin yanvar-may aylarında Rusiyanın ərzaq məhsulları və kənd təsərrüfatı xammalı (toxuculuq məhsulları istisna olmaqla) ixracının dəyəri 17,7 milyard dollar təşkil edib.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə (18,9 milyard dollar) 6,4 faiz azdır.
Bu məhsulların idxalı isə 2023-cü ilin yanvar-may aylarında 6,2 faiz azalaraq 15,7 milyard dollardan 14,7 milyard dollara düşüb.
Qeyd edək ki, prezident Vladimir Putin may ayında sərəncam imzalayaraq hökumətə 2021-ci ilə nisbətən 2030-cu ilədək kənd təsərrüfatı məhsullarının ixracını 1,5 dəfə artırmağı tapşırıb. Hesablamalar göstərir ki, 2030-cu ildə kənd təsərrüfatı məhsullarının ixracı 55 milyard dollara çatmalıdır.
2023-cü ildə Rusiya Federasiyası 2022-ci ildəki 41,3 milyard dollara qarşı 43,5 milyard dollar dəyərində kənd təsərrüfatı məhsulları ixrac edib, idxal isə bir il əvvəlki 35,8 milyard dollara qarşı 35,1 milyard dollar təşkil edib.
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ