Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan Hava Yolları”na məxsus təyyarə Qroznı üzərində uçarkən vurulması və Aktauda qəzaya düşməsindən sonra təkcə Bakıdan deyil, bir sıra MDB ölkələrindən də Rusiyanın bəzi şəhərlərinə uçuşları dayandırıb. AZAL dekabrın 25-dən Bakıdan Qroznı və Mahaçqalaya, dekabrın 28-dən isə Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Nijni Novqorod, Vladiqafqaz və Saratova uçuşları dayandırıb. Gələn ilin 5 yanvarınadək AZAL uçuşları bərpa etməyəcək.
Prezident İlham Əliyev də Azərbaycan Televiziyasına müsahibəsində AZAL-ın dayandırılan uçuşları haqda danışıb:
“Rusiyanın yeddi şəhərinə öz uçuşlarını dayandırdı, müddətsiz olaraq. Eyni zamanda, biz Rusiya aviaşirkətlərinin üç Rusiya şəhərindən Azərbaycana uçuşlarını da dayandırmışıq. Deməli, toplam 10 şəhərlə bizim hava bağlantımız indi dayandırılıb və yenə də deyirəm, burada, ilk növbədə, təhlükəsizlik məsələləri ön plandadır. Biz sərnişinlərimizin təhlükəsizliyini həmişə ön sırada olan məsələ kimi qəbul etmişik və beləliklə, bu vəziyyət elan edildi. Biz nəyi ediriksə açıq-aydın edirik və yenə də deyirəm, bu qərar qəbul edildi və nə vaxt bu uçuşlar bərpa ediləcək, yoxsa yox, xüsusilə Qroznı şəhərinə bərpa ediləcək, yoxsa yox? Çox güman ki, yox. Amma bunu həyat göstərər və Rusiya hava məkanının təhlükəsizlik məsələləri də əlbəttə ki, nəzərə alınacaqdır".
Qeyd edək ki, FlyDubai aviaşirkəti dekabrın 28-dən yanvarın 5-dək Dubaydan Soçiyə və Mineralnıye Vodıya uçuşları dayandırdığını elan edib. “Flightradar”ın məlumatına görə, bu müddət ərzində Soçidən Dubaya və geriyə doqquz reys (Soçidən dörd, Dubaydan beş uçuş) yerinə yetirilməli idi. Flightradar məlumatlarına əsasən, şirkət dekabrın 27-də axşam saatlarında Dubaydan Mineralnıye Vodıya uçmalı olan reysi ləğv edib. Bundan əlavə, dekabrın 28-dən yanvarın 5-dək eyni istiqamətdə daha səkkiz, Mineralnıye Vodıdan Dubaya isə eyni sayda reys həyata keçirilməli idi.
İsrailin “El Al” şirkəti də Təl-Əvivdən Moskvaya uçuşları dayandırdığını elan edib. Qazaxıstanın “Qazaq Air” aviaşirkəti yanvarın 27-dək Astanadan Yekaterinburqa uçuşları dayandırıb.
“Current Time” nəşrinin məlumatına görə, Türkmənistan aviaşirkəti dekabrın 30-dan yanvarın 31-dək Aşqabad-Moskva-Aşqabad marşrutu üzrə müntəzəm reysləri ləğv edir. Mesajda bu qərarın səbəbi açıqlanmır.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, beynəlxalq hava limanlarının olduğu ən azı 18 regionun aeroportuna uçmaq təhlükəlidir.
Təhlükəli aeroportlar belə sıralanır:
Leninqrad vilayəti və Sankt-Peterburq (Pulkovo hava limanı);
Moskva vilayəti və Moskva (Şeremetyevo, Domodedovo, Vnukovo, Jukovski);
Nijni Novqorod vilayəti;
Kaluqa bölgəsi;
Volqoqrad vilayəti;
Samara bölgəsi;
Murmansk vilayəti;
Krasnodar vilayəti (Soçi),
Perm bölgəsi (Perm),
Tatarıstan Respublikası (Kazan).
Bundan əlavə, medianın məlumatlarına və Rusiya regionlarının səlahiyyətli orqanlarının rəsmi məlumatlarına görə, son bir il ərzində Başqırdıstan, Dağıstan, Çeçenistan, Stavropol diyarı (Mineralnıye Vodı),
Saratov vilayəti;
Vologda (Çerepovets)
Beləliklə, iri beynəlxalq hava limanlarının fəaliyyət göstərdiyi ən azı 18 Rusiya regionunda pilotsuz təyyarələrin hücumu və sonradan hava hücumundan müdafiə vasitələrinin reaksiyası riski var.
Musavat.com
01 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ