İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın 13 şəhərinə KÜTLƏVİ HÜCUM, Ukrayna bu əraziləri AZAD etdi - CANLI

Ukrayna Silahlı Qüvvələrinin 425-ci “Skala” adlı ayrı-ayrı hücum alayının hərbçiləri Dnepropetrovsk vilayətinin Yeqorovka kəndində və onun ətrafında fəaliyyət göstərən rus diversiya-kəşfiyyat qruplarını zərərsizləşdirib. Bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində onlarla rus hərbçisi məhv edilib. Hazırda yaşayış məntəqəsində düşmən qüvvələri qalmayıb.

Zəbt olunmuş ərazi tam nəzarətə götürüldükdən sonra Ukrayna hərbçiləri kənddə Ukrayna bayrağını ucaldıblar.
Rusiyanın hava hücumundan müdafiə sistemləri isə bir gündə 350 Ukrayna dronunu vurub. Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib. Qeyd olunub ki, tək elə ötən gecə ərzində 193 Ukrayna PUA zərərsizləşdirilib.

PUA-lar Moskva və Moskva vilayəti, Bryansk, Kaluqa, Tula, Kursk, Belqorod, Orlov, Rostov, Voronej, Orenburq, Tambov, Lipetsk və Samara vilayətinin hava məkanlarında vurulub.

Bundan başqa, Rusiya MN-dən o da bildirilib ki, Rusiya ordusu Dnepropetrovsk və Zaporojye vilayətlərinin sərhədində yerləşən Yeqorovka, Privolnoe, və Novonikolaevka yaşayış məntəqələrini ələ keçirib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi analitik Qədir Aslanla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR