İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanı mülki aviasiya SWIFT-indən də qovurlar

Sentyabrın sonlarında Rusiyanı qlobal mülki aviasiya sisteminin SWIFT-i sayılan SITA sistemindən kənarlaşdıracaqlar. SITA İsveçrə şirkətidir, mülki aviasiya sahəsində telekommunikasiya kanalları şəbəkəsinə malikdir. Bu sistem bütün dünya boyu aviaşirkətlərlə hava limanları arasında məlumat mübadiləsini təmin edir. Şirkətin dünyanın 200 ölkəsində 2,5 min müştərisi var. Mindən çox hava limanı onun xidmətindən yararlanır, bütün beynəlxalq reyslərin 90 faizində onun texnologiyalarından istifadə edilir.

Musavat.com xəbər verir ki, RBK-nın apardığı araşdırmaya görə, SITA sistemindən kənarlaşdırılmaq Rusiya mülki aviasiyası üçün çox ciddi problemlər yaradacaq: aviasiya şirkətləri SITA vasitəsilə reyslər, sərnişinlər və yüklər haqqında beynəlxalq hava limanları sisteminə məlumat ötürə bilməyəcək.

Eyni zamanda xarici aviaşirkətlər də bunu Rusiya aeroportları ilə həyata keçirə bilməyəcəklər.

Rusiyadakı aviaşirkətlərdən RBK-ya bildirilib ki, əsas çətinliklər Çin hava limanları ilə rabitənin qurulmasında yaranacaq.

Rusiya Nəqliyyat Nazirliyindən RBK-ya bildirilib ki, ölkənin aviaşirkətlərinin uçuş etdiyi ölkələrin əksəriyyəti ilə alternativ rabitə kanalının yaradılması barədə razılıq əldə edilib: “Digərləri ilə danışıqlar aparılır”.

Qeyd edək ki, SITA Ukraynaya qarşı işğalçı müharibə başlanan kimi Rusiyadakı fəaliyyətlərini dayandırmağa başlayıb. 2022-ci il ərzində şirkət Rusiyada göstərdiyi xidmətlərin çoxunu dayandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR