Onlayn ictimai-siyasi qəzet
Müğənni Əminə Şirin mərhum meyxanaçı Aydın Xırdalanlının anası Bikə xanımı ziyarət edib.
Musavat.com xəbər verir ki, sənətçi Bikə xanımın doğum günü olduğunu bildirərək onu təbrik edib.
Əminə Şirin Bikə xanım ilə çəkilən fotolarını sosial media hesabında paylaşıb.
Qeyd edək ki, Aydın Xırdalanlı 1977-ci il iyulun 31-də Abşeron rayonunun Xırdalan qəsəbəsində dünyaya gəlib. Xırdalanda 1 saylı orta məktəbdə oxuyub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Bədii yaradıcılıq fakültəsinin kütləvi tamaşalar rejissorluğu ixtisasında oxuyub.
2018-ci ildə özəl xəstəxanaların birinə aparılan Aydın Xırdalanlıda müayinə zamanı qaraciyər sirrozu aşkarlanıb. Qaraciyər sirrozundan əziyyət çəkən sənətkar 2019-cu il martın 23-də Xırdalan şəhərində Şah İsmayıl Xətai ilə bağlı sənədli filminə baxaraq vəfat edib. Nəşi Xırdalanda yerləşən Cümə məscidinə gətirildikdən sonra izdihamla Xırdalan qəbiristanlığına dəfn olunub.
Könül
Musavat.com
04 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ