Onlayn ictimai-siyasi qəzet
Müğənni Nərmin Kərimbəyova qızı ilə Türkiyəyə tətilə yollanıb.
Musavat.com xəbər verir ki, sənətçi istirahətindən olan şəkilləri sosial media hesabında bölüşüb.
O bildirib ki, qızının başına iş gəlib.
Nərmin bildirib ki, Ankarada onlarla eyni məkana istirahətə gələn Səbirə adlı qadın hovuzda boğulmağa başlayıb. Həmin an heç bir hovuz mühafizəsi yaxınlıqda olmadığından Dilarə özünü suya atıb və qadının həyatını xilas edib.
Qeyd edək ki, Nərmin Kərimbəyovanın qızı üzgüçülüklə məşğuldur.
Könül
Musavat.com
04 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ