İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı qubernatordan Priqojinə: “Kotletini bişir, makaronunu qaynat”

Rusiyanın Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev “Vaqner” ÖHŞ-nin təsisçisi Yevgeni Priqojinə sərt sözlər ünvanlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “66.ru” portalı məlumat yayıb.

Qeyd edək ki, bundan öncə Yevgeni Priqojin adı çəkilən qubernatorun işini tənqid edən açıqlama yaymışdı. Qubernator isə onun tənqidlərini “get kotletini bişir, makaronunu qaynat” kimi ağır ifadələrlə cavablayıb.
Kuyvaşevin sözlərinə görə, Priqojin hamıya söz atmaqla məşğuldur. “Məktəblərin qidalanmasından qazanan hər adam ölkəni idarə etməyə qalxsa, onda biz heç bir yerə gedə bilmərik”, - deyə qubernator söyləyib.

Yevgeni Priqojin bu yaxınlarda Ukraynadakı müharibədəki köməyi üçün bir neçə bölgəyə minnətdarlığını bildirsə də, Sverdlovsk bölgəsinin adını mənfi notlarda səsləndirib. “Vaqner”in qurucusu bölgələrdə bəzi vəzifəli şəxslərin özlərini ərazilərin sahibləri kimi təsəvvür etdiyini, bütün bunların ölkədə korrupsiya, bürokratiya və qanunsuzluqların səbəbi olduğunu deyib. Priqojin bu cərgəyə Sankt-Peterburq şəhərini və onun rəhbərliyini də daxil edib. Yevgeni Priqojinlə Sankt-Peterburq qubernatoru, Bakıda anadan olan Aleksandr Beqlov arasında münasibətlərin pis olduğunu Rusiyada bilməyən yoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR