Onlayn ictimai-siyasi qəzet
Rusiyalı jurnalist, Nobel Sülh Mükafatı laureatı Dmitri Muratov Nobel medalını hərracda 103,5 milyon dollara satıb.
“Reuters“in xəbərinə görə, Nyu-Yorkda baş tutan auksionu təşkil etmiş “Heritage Auctions” bəyanatında bildirib ki, əldə edilən gəlir UNICEF-in Ukraynada qaçqın düşmüş uşaqlara humanitar reaksiyasına sərf ediləcək.
ABŞ mediasının məlumatına görə D. Muratovun Nobel medalının auksion qiyməti rekord olub və bu vaxta qədər hərraca çıxarılmış istənilən Nobel medalından daha baha satılıb.
Muratov “Novaya Qazeta”nın təsisçisidir.
07 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ