İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı deputat miqrantların taksi xidməti göstərməsinə qarşıdır

Rusiya Dövlət Dumasının sədr müavini Vyaçeslav Davankov Nəqliyyat Nazirliyinə taksi sifarişi xidmətlərinə yeni funksiyanın tətbiqi ilə bağlı təklif göndərib.

Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, o, proqramlara miqrant sürücü ilə səyahətdən imtina etmək imkanı əlavə etmək istəyir.

Bildirilir ki, Davankov bu təkliflə Nəqliyyat Nazirliyinin rəhbəri Roman Starovoytova müraciət edib. Deputat məktubunda qeyd edib ki, belə bir variant, onun fikrincə, taksilərdə qanun pozuntularının sayını azaldacaq. Buna əsas kimi o, Rusiya Daxili İşlər Nazirliyinin statistik məlumatlarına istinad edib və bildirib ki, miqrantlar tərəfindən törədilən cinayətlərin sayı 17% artıb.

Deputat onu da qeyd edib ki, Rusiyanın bəzi regionlarında miqrantların sərnişindaşıma sektorunda iştirakını məhdudlaşdırmaq üçün artıq addımlar atılır. O vurğulayıb ki, sərnişinlərə seçim imkanı vermək onların təhlükəsizlik hissini və taksi xidmətlərinə inamını artıra bilər.

Hələlik Nəqliyyat Nazirliyindən bu təşəbbüsə rəsmi cavab verilməyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

12 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR