İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Türkmənçay müqaviləsi ilə bağlı təxribatçı plan-deputatdan mühüm təklif

“Türkmənçay anlaşmasının adı gələndə mən o sənədi də, imzalandığ günü də lənətləməyə bilmirəm. Təkcə ona görə yox ki, Türkmənçay anlaşmasıyla Rusiya imperiyasına qarşı ən çox dirəniş gösətərən iki xanlığımızın, qadınlarımızın da kişilərlə çiyin-çiyinə vuruşduğu İrəvanla Naxçıvanın işğalı rəsmiləşdirilərək Azərbaycan iki yerə bölündü. Həm də ona görə ki, Qərbi Azərbaycanın azərbaycanlılarsızlaşdırılmasının himi də əslində o sənədlə qoyuldu”.

Musavat.com-un məlumatına görə, bu fikirlər deputat Sahib Alıyevə məxsusdur. Deputat ardınca bunları bildirib: “Gəlin hər şeyi öz adıyla çağıraq, bizim sözügedən torpaqlarımızın azərbaycanlılarsızlaşdırılması, türksüzləşdirilməsi, haylarlıq məsələ deyil. Bu, hayları öncə həmən torpaqlara yerləşdirməklə, sonra da onların əli ilə edilən 160 illik bir prosesdir. Və bu prosesi reallaşdıran Rusiyadır. İndi həmən Rusiyanın MDB, xaricdə yaşayan soydaşlar və beynəlxalq humanitar əməkdaşlq üzrə dövlət agentliyi(Rossotrudniçestvo) fevralın 20-də İrəvanda lənətə gəlmiş Türkmənçay anlaşmasının 195 illiyi ilə bağlı konfransa hazırlaşır. Konfrans “Şərqi Ermənistan”ın Rusiya imperiyasının tərkibinə qatılması adı altında keçiriləcək. "Şərqi Ermənistanın ha. O, necə “Şərqi Ermənistan" idi ki, hay tarixçisi Corc Burnutyan belə 1828-ci ildə həmən orada yaşayanların cəmisi 20 faizinin soydaşları, daha dəqiqi dindaşları olduğunu bildirir. Onu da yazır ki, İrəvanla Naxçıvan xanlıqlarının işğalından cəmi 4 il sonra I Nikolayın artıq "erməni vilayəti" adlandırdığı həmən torpaqlarda türklərlə dindaşlarının sayı bərabərləşib. Və qeyd edir ki, bu, türklərin üçdən birinin öz yurdlarını tərk etməsi və hayların İrandan ora kütləvi köçürülmələri nəticəsində baş vermişdi”.

S.Alıyev qeyd edib ki, işğaldan öncə İrəvan və Naxçıvanda yaşayan xristianların çoxu hay deyildi, ərmənlər, yəni xristian qıpçaqlar idi: “İndinin özündə belə, Ermənistan adlanan yerdə kəndlər var ki, əhalisi hay yox, qıpçaq olduqlarını bildirirlər.

Yəni deməyim budur ki, 195 il öncə Qərbi Azərbaycanın Azərbaycansızlaşdırılması və azərbaycanlılarsızlaşdırılması prosesini başladanlar keçirməyə hazırlaşdıqları konfransla hayları o torpaqların avtoxton əhalisi kimi sırımağa çalışırlar. Özü də elə bir vaxtda ki, həmən “Şərqi Ermənistan”da Rusiya hərbçiləri işğalçı adlandırılaraq oradan rədd olub getmələri tələb edilir”.

Deputatın sözlərinə görə, çox ehtimal ki, İranda da Türkmənçay anlaşmasının 195 illiyi ilə bağlı hansısa təxribatlar olacaq: “Ona görə də, çox yaxşı olardı ki, bizdə də o lənətə gəlmiş sənədlə bağlı əsl həqiqətin açıqlanacağı beynəlxalq konfrans təşkil edilsin. Və hər kəs görsün ki, Türkmənçay anlaşması ikiyə bölünmüş Azərbaycan və Qərbi Azərbaycan məsələsidir”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR