Onlayn ictimai-siyasi qəzet
Azov dənizində üç min ton qarğıdalı daşıyan yük gəmisi batır.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya telegram kanalları məlumat yayıb.
Məlumatda bildirilir ki, Rostovdan yola düşərək Türkiyənin Samsun şəhərinə gedən "Pavel Qrabovski" yük gəmisinin fevralın 16-da Azov limanı yaxınlığında gövdəsində su buraxan çatlaq yaranıb.
Dənizçilər qəza siqnalı əvəzinə Azovda təmir işləri aparmaq üçün icazə istəyib.
Gəmiyə kömək üçün "Kapitan Demidov" və "Kapitan Çudinov" adlı buzqıran gəmilər hadisə yerinə göndərilib.
Musavat.com
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ