İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan ŞOK İTTİHAM: Ukraynadakı vəziyyətin səbəbkarı BU ÖLKƏLƏRDİR

"Fransa və Almaniya Donbass əhalisinə təzminat ödəməlidir"

Rusiya Dövlət Dumasının Sədri sədri Vyaçeslav Volodin Telegram hesabında bildirib ki, 2014-cü ildə Ukraynada başlayan vətəndaş müharibəsi zamanı vəziyyəti həll etmək üçün Rusiya, Ukrayna, Fransa və Almaniya arasında imzalanan Minsk sazişi Fransa və Almaniya üzündən həyata keçirilməyib.

Musavat.com xəbər verir ki, Ukraynadakı vəziyyətin Almaniya və Fransa liderlərinin aldadıcı siyasətinin nəticəsi olduğunu vurğulayan Volodin bildirib ki, Almaniya və Fransa Donbass sakinlərinə təzminat ödəməlidir.

volodinn.jpg (49 KB)

"Əvvəla, Fransa və Almaniyanın xarici işlər nazirləri hadisələrin sülh yolu ilə həllinin qarantı kimi rəsmi Kiyev hakimiyyəti ilə müxalifət arasında barışdırıcı sənəd imzaladılar. Hər şey Kiyevdə dövlət çevrilişi və 6 milyon əhalisi olan Donbassın soyqırımı ilə başa çatdı. Sonra Almaniya və Fransa Minsk razılaşmasına qoşuldular. Amma keçmiş Almaniya kansleri Angela Merkelin dediyi kimi, heç kim bunu həyata keçirmək niyyətində deyildi” - o deyib.

Duma sədri Minsk razılaşması üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə Merkelin, Hollandiyanın keçmiş prezidenti Fransua Ollandın və Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun hesab verməli olduğunu qeyd edib.

“Beynəlxalq razılaşmanın imzalanmasına baxmayaraq, öhdəliklərin planlama ilə yerinə yetirilməməsi təkcə güvən və inam itkisi deyil, həm də müqavilələri imzalayan Merkel, Olland və Poroşenkonun cavab verməli olduğu bir cinayətdir. Avropalılar yaşadıqları istilik, elektrik enerjisi, yüksək inflyasiya, bağlanan müəssisələr kimi problemlərə görə kimin məsuliyyət daşıdığını da bilməlidirlər. Onlar Donbass sakinlərinə 8 illik ziyana görə təzminat ödəməlidirlər" - Vyaçeslav Volodin deyib.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR