İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Qərbə qəddar savaş anonsu - növbəti terror xəbərdarlığı...

Moskva ABŞ, Böyük Britaniya və Ukraynanı terrorun arxasında dayanan qüvvə kimi görür, dünya mediası isə terror təşkilatının son xəbərdarlığını “İŞİD-dən Putinə yeni təhdid” kimi təqdim edib; “Bütün hallarda bu hadisəyə görə Kremlin cavabı Kiyevə olacaq”

Martın 22-də Moskva yaxınlığında - “Crocus City Hall”da törədilən terror aktı hazırda dünyanın ən çox müzakirə etdiyi mövzudur. 139 nəfərin ölümünə, 158 nəfərin yaralanmasına səbəb olan bu qanlı hadisənin arxasında kimin dayanması haqda müzakirələrdə diqqət daha çox İŞİD-in üzərinə yönəlir. 

Faktiki olaraq İŞİD bu terroru boynuna götürüb və Qərb ölkələri də əsasən bu terror şəbəkəsinin adını çəkir. Rusiya isə təbii olaraq həm də Ukraynanı günahkar görür. Əlbəttə, mümkündür ki, Ukrayna da bu terrorda maraqlı olsun. Daha təhlükəli olan məsələ isə İŞİD-in yenidən Rusiyada terror törədəcəyinə dair bəyanat verməsidir. “Yeni Müsavat” bildirir ki, terror təşkilatı Rusiya prezidenti Vladimir Putini hədələyib. Təhdid mesajında "Bəli! Çox ağır, ölümcül, qanlı, yandırıcı və sarsıdıcı zərbələr olacaq. İnşallah, bir qətliam gözləyirik. Çox tezliklə!" ifadə edilib.

Qərb mətbuatı terror təşkilatının xəbərdarlığını “İŞİD-dən Putinə yeni təhdid”, “İŞİD Putini və rusları qətl etməklə hədələyir” sərlövhələri ilə təqdim edib. Martın 27-də İŞİD terror təşkilatının sosial media səhifələrində yeni mesaj posteri yayımlanıb. Teleqram kanalları məlumat verib. Mesajda “Sıradakı kimdir?” sualı verilib. Posterdə Paris, London, Madrid və Roma şəhərlərinin adlarının qeyd olunması diqqət çəkib. Ancaq maraqlıdır ki, Rusiyaya qarşı ikinci təhdiddən sonra da Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Crocus”da baş verən terror aktında Ukraynanın əli olduğunu ehtimal edir. Patruşev martın 26-da jurnalistlərin “terrorun arxasında Ukrayna, yoxsa İŞİD terror təşkilatı dayanır” sualına “Əlbəttə, Ukrayna” cavabını verib. 

“Crocus”da terror aktının arxasında ABŞ, Böyük Britaniya və Ukrayna dayanır". Bunu isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bildirib: “Bütün hallarda biz malik olduğumuz fakturadan danışırıq. Bu ümumi məlumatdır. Lakin müəyyən işlənmələr var”. O, “Crocus”da baş verən terror aktından sonra cavab tədbirlərinin olacağına söz verib. FTX direktoru qeyd edib ki, Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanov Rusiyaya qarşı cinayət törədən hər kəs kimi Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəfdir. O, rəsmi Kiyevi terrorçu təşkilat kimi tanımaq haqqında da danışıb: “Bunu etməliyik. Bu, təkcə hesab etmək üçün yox, həm də müvafiq qərarlar qəbul etmək üçün əsasdır”.

Bu arada diqqətçəkən bir olay Türkiyənin 30 şəhərində İŞİD-ə qarşı əməliyyatlar keçirilməsidir. Əməliyyatlar zamanı 147 şübhəli şəxs saxlanılıb. Bütün hallarda görünən budur ki, İŞİD ötən illərdə xeyli zəiflədilsə də, müəyyən gücünü, şəbəkəsini saxlayır. Bəzi rəylərdə bildirilir ki, məlum olaydan sonra İŞİD revanş edə, güclənə və müxtəlif yerlərdə terrorlar törədə bilər. 

Moskva ABŞ, Böyük Britaniyanı da terrorun arxasında dayanan qüvvə kimi təqdim etməklə, həm də onların İŞİD-in gizli dəstəkçiləri olduğu mesajı vermiş olurmu? Baş verənlərin fonunda əsas iki sual var: Moskvaya bu terrorla hansı siyasi mesaj verildi və nələrsə dəyişəcəkmi? Bəs Rusiyanın vəd etdiyi ağır cavabı nələr ola bilər? İŞİD-i kim, hansı qütb dirçəldir, bu, kimin planlarına uyğundur? 

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini  gözləmirdim" » Reyting.az

Natiq Cəfərli

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin fikrincə, Putinə bu hadisə sərf etmir: “Əksinə, ən çox ziyan ona dəyir, hələ heç inauqurasiya mərasimini də etməyib, seçkidən həmən sonra bu hadisə ziyandır. Kremlin müxtəlif "qüllələri" edə bilərmi - ola bilər, inauqurasiyadan sonra Putinin hökumətin tərkibini dəyişəcəyi, hətta “güc nazirlikləri” ilə bağlı qərarlar verəcəyi söylənilirdi. Qərbə sərf edirmi - ola bilər, amma bu addımla nəyə nail olacaqdılar ki?! Putin zəifləyəcəkmi, Rusiya cəmiyyəti ayağamı qalxacaq - düşünmürəm, əksinə, Kreml bu hadisədən daxili təmərküzləşmə üçün istifadə edəcək. Ukraynaya sərf edirmi - məntiqlə, hə, amma əks effekt verə, Kreml daha dağıdıcı zərbələr vura bilər". 

N.Cəfərli hesab edir ki, Ukrayna təbliğatının ən zəif və özlərinə böyük ziyan vuran tərəfi o oldu ki, tək Kremli, Rusiya hakimiyyətini deyil, sadə camaatı, xalqı hədəf alıb aşağıladılar: “Rusiyada 30 milyon vətəndaşın Ukrayna ilə qohumluq əlaqələrinin olduğunu, 10 milyon nəfərə yaxın etnik ukraynalıların yaşadığını nəzərə alıb ictimai rəyə müsbət təsir etməyə çalışmadılar, bütün xalqı suçladılar, bu, Ukrayna hakimiyyətinin son illərdə çoxsaylı səhvlərindən biri oldu”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlunun proqnozuna görə, Kreml terrorun arxasında Ukraynanın dayandığını təbliğ etməklə, birincisi, bu ölkəyə qarşı işğalı genişləndirməyi əsaslandırmağı, ikincisi, Kiyevi terrora dəstək verən mərkəz kimi göstərərək imicinə zərbə vurmağı planlaşdırır: “Ancaq bu təbliğatın effekti olmayacaq. Əlbəttə, beynəlxalq aləm, hətta Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edən ölkələr Moskvadakı terror olayını qınadılar, ancaq zaman keçdikcə Kremlin Ukraynaya qarşı işğalçı müharibəsi yenidən ön planda tutulacaq. Mövzu yenidən müharibədir”.

Maliyyə Nazirliyindən Kəlbəcər İcra Hakimiyyətinin "Mercedes" alınması üçün  tender elanına rəsmi münasibət...

Aqşin Kərimov

Siyasi şərhçi Aqşin Kərimova görə, terrordan sonrakı geosiyasi genişlənmə sahəsi üçün müxtəlif bəhanələr tapılacağı şübhəsizdir və terrorla mübarizə adı altında Yaxın Şərq, Mərkəzi Asiya regionlarında rəqabətin qızışacağı istisna deyil: “Amma indi vacib bir nüans ortaya çıxır: "Crocus City Hall" konsert zalında törədilən qanlı hadisənin hansı qüvvə tərəfindən idarə edilməsindən asılı olmayaraq, İŞİD qlobal təhdid kimi imicini bərpa etmək üçün təbliğat fürsəti qazanır". Təhlilçinin qənaəti ondan ibarətdir ki, hər bir vəziyyətdə Moskvadakı hadisələrdən sonra bu nüanslar diqqətdə saxlanılmalıdır: “Terrorçular hər hansı taktika və silahdan istifadə edərək, istədikləri vaxt hücum həyata keçirə bilərlər. Hökumətlər kəşfiyyat xəbərdarlıqlarını gözardı etməməli və terror hücumundan müdafiəni ideal səviyyəyə qaldırmalıdırlar”. 

Asif Nərimanlı: “Ermənilərin bir hədəfi də əsgərimizi əsir götürmək olub” –  JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Asif Nərimanlı

Siyasi icmalçı Asif Nərimanlının sözlərinə görə, hücumun arxasında Moskvanın diqqət çəkmək istədiyi Kiyevin dayandığı ehtimalı azdır: “Belə bir addım Ukraynanı işğala məruz qalan ölkədən terrora əl atan ölkəyə çevirə, baş verən terror aktı Rusiyanın Ukraynaya hücumunu "legitimləşdirməyə" kömək edə, Rusiya cəmiyyətinin Putinin siyasəti ətrafında həmrəyliyinin güclənməsi ilə nəticələnə bilər". 

Politoloq hesab edir ki, terror aktı rus ictimai rəyini xarici düşmənə qarşı həmrəyliyə kökləsə də, Kiyevin iddia etdiyi kimi, Moskvanın “əl işi” olması ehtimalı da inandırıcı deyil. 

Bu arada qeyd edək ki, Rusiyada terrorçuların edamı çağırışları səslənir. “Rusiya Federasiyasının mövcud qanunvericiliyi, hətta moratorium olmadıqda belə, terrorçular və pedofillər üçün ölüm cəzasının tətbiqinə icazə vermir”. Rusiya Federasiya Şurasının Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin rəhbəri Andrey Klişas bildirib. “Ölüm cəzası ilə bağlı müzakirələr getdikcə genişlənir. Hörmətli analitiklər və Teleqram ekspertləri bizi inandırır ki, terrorçuları və pedofilləri edam etmək lazımdır və xalq bunu dəstəkləyəcək, problem yalnız Konstitusiya Məhkəməsindədir. Təsəvvür edək ki, ölüm hökmünə moratorium yoxdur. Konstitusiya və qanunu oxuyun. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsi "terror aktı" cinayətinə görə maksimum ömürlük həbs cəzası ilə (bir çox hallarda) məsuliyyət müəyyən edir", - o bildirib. 

Emil SALAMOĞLU
“Yeni Müsavat” 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR