İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan NATO açıqlaması: “Onlar bizim düşmənimizdir”

Kremlin sözçüsü Dmitri Peskov NATO-nun Rusiya və Ukrayna arasında gedən müharibədə iştirakını davam etdirdiyini bildirib.

Musavat.com xəbər verir ki, Peskov Moskvada jurnalistlərə gündəmdəki müxtəlif mövzularla bağlı açıqlamalar verib.

O, Rusiyada bir çox şirkətin rus ordusuna ciddi dəstək verdiyini açıqlayıb: "Bu şirkətlər böyük miqdarda pul bağışlayır, texnikaları təmir etdirir, əsgərlərə kömək edirlər".

Peskov NATO-nun Ukraynadakı qarşıdurmalara qarışdığını göstərməyə çalışdığını bildirib: “NATO bizə düşmən olan bir təşkilatdır və düşmənçiliklərini hər gün təsdiqləyirlər, özlərinin də Ukraynadakı münaqişələrə qarışdıqlarını göstərmək üçün əllərindən gələni edirlər”.

Kremlin sözçüsü Rusiyanın axtarış-xilasetmə qruplarının Türkiyə və Suriyadakı zəlzələ bölgələrindəki işlərini tamamlanmasından danışıb: “Xilasedicilərimiz həmişə olduğu kimi, peşəkar, qəhrəmancasına və effektiv şəkildə çalışdılar”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR