Onlayn ictimai-siyasi qəzet
Qazaxıstan və Böyük Britaniya arasında 2025-2026-cı illər üçün hərbi əməkdaşlıq planı imzalanıb.
Musavat.com xəbər verir ki, məlumatı Qazaxıstan Müdafiə Nazirliyi yayıb.
Məlumatda qeyd edilir ki, hər iki ölkənin müdafiə nazirlikləri arasında sənədin imzalanması Londonda baş tutub. Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin (MN RK) nümayəndə heyəti aparat rəisi, polkovnik Yerbol Kumarbekulunun rəhbərliyi ilə rəsmi səfərlə Londondadır.
Bildirilib ki, Böyük Britaniya Müdafiə Nazirliyinin nümayəndələri ilə görüşdə hərbi əməkdaşlığın cari məsələləri və qarşılıqlı fəaliyyət perspektivləri də müzakirə olunub:
"Əsas istiqamətlər sülhməramlılıq, dil hazırlığı və Qazaxıstan hərbçilərinin Böyük Britaniyanın ali hərbi təhsil müəssisələrində hazırlanmasıdır".
Mayın 16-da Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, xarici işlər nazirinin müavini Roman Vasilenko Böyük Britaniya müdafiə nazirinin müavini Vernon Koker ilə görüşdə iki ölkə arasında təhlükəsizlik, müdafiə və sülhməramlılıq sahələrində əməkdaşlığı, o cümlədən Qazaxıstanın BMT-nin himayəsi altında sülhməramlı missiyalarda iştirakını müzakirə edib. Qazaxıstan hərbçiləri 2014-cü ildən bu cür missiyalarda iştirak edir.
Musavat.com
08 Iyun 2025
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ