Onlayn ictimai-siyasi qəzet
Təlim və İnnovasiyalar Mərkəzinin fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təlim və İnnovasiyalar Mərkəzi ölkədə su ehtiyatlarının davamlı və səmərəli idarə olunması üçün peşəkar kadrların hazırlanmasında mühüm rol oynayacaq.
Mərkəz insan resurslarının peşəkarlığını artırmaq və sahəyə innovativ yanaşmalar gətirmək məqsədi daşıyır.
Müasir təlim korpusu, hidrotexniki qurğularla təchiz edilmiş poliqon sahəsi və ekoparkdan ibarət olan Mərkəz həm nəzəri, həm də praktiki təlim üçün yüksək şəraitlə təmin olunub.
Burada təlim otaqları, laboratoriyalar, kitabxana, idman zalı və yataqxana fəaliyyət göstərir. Eyni vaxtda yüzlərlə iştirakçının tədris alması mümkündür.
2025-ci ildə su ehtiyatlarının idarə olunması, içməli suyun emalı, tullantı sularının idarəsi, iqlim dəyişikliklərinə uyğunlaşma və digər mövzular üzrə müxtəlif təlimlərin keçirilməsi nəzərdə tutulur.
Mərkəz yaxın vaxtlarda beynəlxalq ISO/IEC 17024 standartı üzrə akkreditasiyadan keçməyi və İqtisadiyyat Nazirliyindən təlim lisenziyası alaraq fəaliyyətini daha da genişləndirməyi hədəfləyir.
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ