İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASİYA: İran çox sürətli şəkildə nüvə bombası hazırlaya bilər

İranın nüvə proqramı ilə bağlı gərginlik yenidən pik həddə çatıb.

Musavat.com xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi “Financial Times” qəzetinə açıqlamasında Tehranın çox qısa müddətə nüvə bombası hazırlaya biləcək potensiala malik olduğunubildirib.

Qrossi deyib: “Hazırda İranın əlində nüvə silahı yoxdur, lakin artıq onu hazırlamaq üçün bütün materiallara sahibdir”.

O əlavə edib ki, İran məsələsi istənilən an fəlakətə çevrilə biləcək təhlükəli potensiala malikdir və Trampın xüsusi nümayəndəsi Uitkoffun Tehranda apardığı danışıqlar nəticə verməsə, İsrailin nüvə obyektlərinə hücum təhlükəsi bölgəni yeni müharibəyə sürükləyə bilər.

Yerin 800 metr dərinliyində yerləşən nüvə obyektləri

Qrossinin sözlərinə görə, İranın əsas nüvə infrastrukturu yerin 800 metr dərinliyində yerləşdiyindən, onları bircə raket zərbəsi ilə sıradan çıxarmaq mümkün deyil. Bu isə hərbi əməliyyat başlasa belə, İranın nüvə potensialının qorunub saxlanıla biləcəyini göstərir. Nəticədə, uzunmüddətli və dağıdıcı müharibə riski daha da artır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR