İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan beynəlxalq hüquqa qarşı həmlə: Avropa Şurasının Nizamnaməsi və konvensiyalar ləğv edildi

Rusiya Avropa Şurası ilə bütün körpüləri yandırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Dövlət Duması bu gün, cümə axşamı Avropa Şurasının Nizamnaməsinin və bu təşkilat çərçivəsində qəbul edilmiş 20 beynəlxalq müqavilənin ləğvi haqqında qanunu qəbul edib.

“Kommersant” qəzetinin xəbərinə görə, layihəyə, deputatlar yekdilliklə səs veriblər.

Qeyd edək ki, qanun layihəsi bu ilin yanvarında Rusiya prezidenti Vladimir Putin tərəfindən təqdim olunmuşdu. Sənəd ötən il martın 16-dan Rusiyaya münasibətdə 21 beynəlxalq müqaviləni, o cümlədən Avropa Şurasının Nizamnaməsini, İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Konvensiyasını, Terrorçuluğa Qarşı Mübarizə üzrə Avropa Konvensiyasını, Avropa Yerli Özünüidarəetmə Nizamnaməsini, Sosial Xartiyanı Rusiya ərazisində qüvvədən düşmüş hesab edir.

Qeyd edək ki, 2022-ci il martın 16-da Avropa Şurası Nazirlər Komitəsi Rusiyanın təşkilatdan çıxarılması ilə bağlı qətnaməni təsdiqləyib. Elə həmin gün Rusiya Avropa qitəsinin demək olar ki, bütün ölkələrini birləşdirən bu təşkilatdan çıxdığını elan edib. Rusiya AŞPA-nın işində iştirakını dayandırıb, həmçinin Avropa İnsan Haqları Məhkəməsinin 2022-ci il martın 15-dən sonra çıxardığı qərarlara tabe olmamaq qərarına gəlib.

Yanvarın 9-da Vladimir Putin Dövlət Dumasına Avropa Şurasının Korrupsiyaya qarşı Cinayət Hüququ Konvensiyasından çıxmaq haqqında qanun layihəsi təqdim edib. Bununla bağlı qeyd olunub ki, gələcəkdə beynəlxalq ictimaiyyət Rusiyada korrupsiya ilə mübarizə üsullarına təsir göstərə bilməyəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR