Onlayn ictimai-siyasi qəzet
Rusiyada yol polisi Dövlət Avtomobil Müfəttişliyi "QAİ" adını qaytarıb.
Bu barədə qurumun rəhbəri Mixail Çernikov Rusiya Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın rəyasət heyətinin iclası zamanı bildirib.
"QAİ" kimi tanınan Dövlət Avtomobil Müfəttişliyi SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə 1936-cı ildə yaradılıb və 1998-ci ilə qədər yol hərəkəti təhlükəsizliyinə nəzarət edib. Bundan sonra onun adı dəyişdirilərək Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi (QİBDD) adlandırılıb.//APA
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ