İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada yeni “həkimlər işi”-bu tibbi işçiləri repressiyaya məruz qalır

 

Rusiyada “Həkimlər Alyansı” həmkarlar ittifaqının Omsk şöbəsinin keçmiş rəhbəri Olqa Belovaya qarşı Rusiya ordusu ilə bağlı saxta məlumatlara görə cinayət işi başlanıb. 

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “OmskTsentrSilı” teleqram kanalı məlumat yayıb.

Bundan əvvəl Belova “VKontakte” sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi yazılara görə “Rusiya ordusunu nüfuzdan salmaq” maddəsinə görə artıq iki dəfə cərimə olunubmuş. Cərimələrin ümumi məbləği 55 min rubl təşkil edib.

Bundan sonra Belova tibbi psixoloq işlədiyi Omsk Klinik Kardiologiya Dispanserindən həmkarlarının şəxsi məlumatlarının açıqlanması iddiası ilə işdən çıxarılıb.

Olqa Belova 2019-cu ilin dekabrında Omskda Həkimlər Alyansının həmkarlar ittifaqı bölməsinə rəhbərlik edib. Həmin təşkilatın 2021-ci ildə “siyasətçi Aleksey Navalnı ilə əlaqəli ekstremist strukturlar” kimi tanınmasından sonra Belova ittifaqdan çıxıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR