İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada yeganə real müxalif mətbu orqan qapadıldı

Rusiyanın paytaxtı Moskva şəhərinin Basmannı rayon məhkəməsi Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinin (Roskomnadzor) tələbini təmin edərək “Novaya qazeta”nın çap versiyasının lisenziyasını ləğv edib.

Musavat.com xəbər verir ki, İdarədən verilən məlumata görə, qəzet 2006-cı ildə, təsisçisi dəyişdikdən sonra redaksiyanın nizamnaməsini təqdim etməyibmiş.

Qeyd edək ki, “Novaya qazeta” Rusiyada Putin rejiminə qarşı ən güclü mətbuat orqanı sayılır.

“Novaya qazeta”nın redaktorları Basmannı məhkəməsinin qərarını qətiyyətlə pisləyib.

“Qəzet bu gün öldürüldü. İşçilərinin 30 illik həyatını oğurladılar. Oxucuları məlumat almaq hüququndan məhrum etdilər” - deyə redaksiya heyətinin bəyanatında bildirilir. 

“Bu gün bizim həmkarlarımız yenidən öldürüldü, onlar öz peşə borcunu yerinə yetirdiklərinə görə bu dövlət tərəfindən öldürülüblər. “Novaya qazeta”nın sizin kağızlarınıza ehtiyacı yoxdur. O, həmişə var olacaq. Bu hakimiyyət, onun hakimləri və məmurları bir gün getsə belə varlığımızı qoruyacağıq. Azad ruh istədiyi yerdə, istədiyi kimi gəzir”, - deyə bəyanatda vurğulanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR