İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada yaşayış binası çökdü - ÖLƏNLƏR VAR

Rusiyanın Nijnevartovsk şəhərində beşmərtəbəli yaşayış evinin 2 mərtəbəsi çöküb.

Bu barədə bazar günü "TASS"a təcili xidmətlərdəki mənbə məlumat verib.

Məlumata əsasən, hadisə nəticəsində 5 nəfər həlak olub, 10 nəfər isə xəsarət alıb.

İnsidentdən sonra binadan 52 nəfər təxliyə edilib.

Hazırda hadisə yerində dağıntıların təmizlənməsi üzrə işlər görülür.

Qeyd edilir ki, binanın 2 mərtəbəsinin çökməsinə səbəb qaz sızması nəticəsində baş verən partlayış olub./Teleqraf.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR