İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada xəstə müxalifətçinin həbsi- 96 yaşlı anasını qəyyuma göndərdilər

 

Rusiyanın Kalininqrad vilayətində yerli müxalif fəal Yuri Barışnikov “ordu ilə bağlı saxta məlumatlar yaymaqda” təqsirli bilinib və buna görə həbs olunub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, anası qəyyumluq orqanlarına təhvil veriləcək.

96 yaşlı Yevgeniya Barışnikova müharibə veteranı və Holokost qurbanıdır. Qadın yataq xəstəsidir. Barışnikov yataq xəstəsi olan anasına qulluq edirmiş, çünki onun başqa qohumları qalmayıb.

Müxalif fəalın məlumata görə, anası uzun müddət sağlam olub, onunla söhbət edib, lakin onların mənzilində axtarış aparıldıqdan və oğlunun həbsindən sonra qadın “huşunu itirib”.

Bu il iyunun 22-də Kalininqrad vilayətinin Sovet Məhkəməsi fəal Yuri Barışnikovu 7,5 il müddətinə azadlıqdan məhrum edib. Barışnikovun qapalı Facebook hesabındakı yazılar məhkəmədə sübut olaraq qəbul edilib.

Barışnikovun özünə hökm çıxardıqdan sonra məhkəmə onun anasını Kalininqrad vilayətinin Sovet şəhər rayonunun qəyyumluq orqanlarına təhvil vermək qərarına gəlib. Vəkil Mariya Bontslerin söylədiyinə görə,  məhkəmənin belə bir qərar qəbul etmək hüququ yoxdur – qadın hüquqi cəhətdən fəaliyyət qabiliyyətini itirən adam kimi tanınmayıb.

Üstəlik 64 yaşlı Barışnikovun özünün də ağır xəstə olduğu bilinir.

Vəkillər məhkəmə hökmünü “iki adamın qətli” deyə adlandırıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR