İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada vəkillər üsyanda - hüquq-mühafizə orqanları onlara qarşı zorakılıq edir

Rusiyada vəkillər istintaq, polis və hətta məhkəmələrin onların fəaliyyətini pozmasından şikayət ediblər.

Musavat.com xəbər verir ki, bu barədə  "Kommersant" qəzeti məlumat yayıb.

Federal Hüquqşünaslar Palatası və Konstitusiya Araşdırmaları Mərkəzinin hesabatına əsasən, son bir ildə müdafiəçi vəkillərin ən azı 41%-i peşə hüquqlarının pozulması ilə üzləşib.

2022-ci ilin yayında aparılan araşdırma zamanı Rusiyanın 64 regionundan 520 hüquqşünasla müsahibə aparılıb. Vəkillərin ən çox müraciət etdiyi şikayətlər arasında prosessual sənədləri təqdim etməkdən imtina (67%-dən çox) və qanunsuz əsaslarla materiallarla tanışlıq müddətinin məhdudlaşdırılması (55%) yer alıb. Bundan başqa, şikayətlərin 43%-i müstəntiqin təqsirləndirilən şəxsin artıq pullu vəkili olduğunu bilə-bilə dövlət müdafiəçisini çağırması ilə bağlı olub.

Vəkillərin demək olar ki, 42%-i məhkəmələrdə hüquqlarının pozulduğunu ifadə edib. Respondentlərin 6,5%-i Daxili İşlər Nazirliyinin, əməliyyat-axtarış və istintaq orqanlarının, Federal Penitensiar Xidmətin və məhkəmə icraçılarının əməkdaşları tərəfindən fiziki zorakılıq halları barədə məlumat verib. Eyni zamanda onların üçdə biri psixoloji zorakılıqdan şikayətlənib.

Tədqiqat müəlliflərinin sözlərinə görə, vəkillər istintaq və polislə mübarizə aparmaq üçün heç bir səbəb görmədiklərini ifadə ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR