İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada Ukrayna cəbhəsində öldürülən banditə medal verdilər

Rusiyada adam oğurluğu, yetkinlik yaşına çatmayan uşağı cinayətə cəlb etmə, onları ağır cinayətlər törətməyə sövq etməyə, soyğunçuluq və oğurluq maddələri ilə məhkum olunmuş bir adam Ukraynada müharibədə öldürüldükdən sonra iki medalla təltif edilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Arxangelsk vilayətindən olan Yuri Uqrin adlı şəxs ölümündən sonra “İgidliyə görə” ordeni və “igidliyə görə” medallaırnı alıb. O, Ukraynaya göndərilməzdən əvvəl 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və cəzasını ciddi rejimli koloniyada çəkib.

Həbsxanada onu “Putinin aşpazı” Yevgeni Priqojinin rəhbərlik etdiyi "Vaqner" özəl hərbi şirkətin sıralarına cəlb ediblər.

0246723d-94c7-4e0d-9791-e51d255a6be6.jpg (108 KB)

Yuri Uqrin bu ayln 16-da Baxmutda öldülürüb. Doğma Arxangelskdə onu fəxri xiyabanda, Ukraynadakı müharibədə ölənlərin yanında dəfn ediblər. Hakimiyyətə yaxın yerli qəzetlərdə bu adam indi qəhrəman kimi təbliğ olunur.

Xatırladaq ki, bundan öncə Kotlasda (Arxangelsk vilayəti) daha bir keçmiş məhkumun təntənəli dəfn mərasimi də keçirilib. Ukraynada öldürülən həmin şəxs 1995-ci ildə sifarişlə adam öldürməkdə təqsirli bilinlib. Yerli məmurlar onu “qəhrəman” adlandırıb və hətta sakinlər onun adının küçəyə verilməsini təklif ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR