Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Kabardin-Balkar respublikasının Baksan şəhərində uşaq bağçası, orta məktəb və kolleclərdə 200-dən yuxarı şəxs ağır bağırsaq infeksiyası ilə xəstəxanalara yerləşdirilib.
Musavat.com respublika prokurorluğunun Telegram kanalında yaydığı məlumata istinadən xəbər verir ki, xəstəliklə bağlı gün ərzində 212 nəfər səhiyyə ocaqlarına müraciət edib.
Məlumata görə, 56-sı uşaq olmaqla 63 nəfər xəstəxanalara yerləşdirilib. Uşaqların vəziyyəti orta-ağır qiymətləndirilir. Daha 70 nəfər stasionarda müalicə alır. Xəstəliyə görə 2 uşaq bağçası, 2 orta məktəb və 1 kollecdə tədris dayandırılıb.
Elə bu gün müstəntiqlər Baksanda kütləvi zəhərlənmə ilə bağlı cinayət işi açıb. Bu barədə Rusiya İstintaq Komitəsinin (ICR) regional idarəsindən məlumat verilib.
İş Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsi ilə (“İstehlakçıların həyatı və sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən xidmətlərin göstərilməsi”) ilə açılıb. Hazırda müstəntiqlər hadisənin bütün şəraitini öyrənir və zərərçəkənlərlə dindirilir.
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ