İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada SSRİ xiffəti - Putinə dağılmış ittifaqın bayrağının qaldırılmasını izlətdilər

 

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqun 300 illiyi parkında Rusiya Federasiyası, SSRİ və Rusiya imperiyasının bayraqlarının qaldırılması ilə bağlı təşkil olunmuş təntənəli mərasimdə iştirak edib.

Nusavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti rəsmi saytında məlumat yayıb.

Bildirilir ki, şənbə günü, iyunun 17-də dövlət başçısı Finlandiya körfəzinə səfər edib, "Oxta" yaxtasının göyərtəsindən "Laxta mərkəzi"nin yaxınlığında üç bayrağın qaldırılmasını izləyib.

Putini gəminin göyərtəsində Rusiyanın “Qazprom Neft” şirkətinin baş direktorunun müavini, “Qazprom Laxta” şirkətinin baş direktoru Yelena İlyuxina qarşılayıb.

 

İlyuxina izah edib ki, Putinin fəxri qonağı olduğu bayraqqaldırma mərasimi tarixi dönəmlərə həsr olunub - Rusiya imperiyasının bayrağının 165, SSRİ bayrağının 100 və üçrəngli bayrağın 330 illiyinə. 

Bundan əvvəl, Rusiya günündə Putin vətəndaşlara əcdadlarının şücaətlərini xatırlamağın və adət-ənənələri qorumağın vacibliyini xatırladıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR