İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada qiyabi həbslər dalğası - Gulagu.net saytının təsisçisi ələ keçsə...

Rusiya prokurorları Gulagu.net saytının təsisçisi Vladimir Oseçkinə 11 il həbs cəzası istəyib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, ittihama görə, o, YouTube kanalında, həmçinin 2022-ci ildə Ukrayna platformalarında iki verilişdə “saxta xəbər”lər yayıb.

Bildirilir ki, Oseçkinin əleyhinə Kremlyönlü SERB hərəkatının üzvü İqor Beketov ifadə verib. O, Oseçkinin “aldatma” və “yalan yaymaq” maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını istədiyini bildirib.

Osechkin 2015-ci ildə Rusiyanı tərk edib və hazırda Fransada yaşayır və orada insan haqları fəaliyyəti ilə məşğul olmaqda davam edir. Jurnalist-bloqer Rusiya həbsxanalarında işgəncələrlə bağlı araşdırmalar dərc edir. Ona qarşı iş 2022-ci ildə Gulagu.net-də ordudakı və ədliyyə sistemində cinayətlərə dair dərc etdirdiyi məqalələrdən sonra açılıb.

2024-cü ilin martında Rusiya məhkəməsi Oseçkini qiyabi həbs edib. Oseçkin bildirir ki, cinayət təqibi antikorrupsiya və insan haqları fəaliyyəti ilə bağlıdır. O, həmçinin Rusiya hakimiyyətinin təzyiqlərindən və xaricdə sui-qəsd cəhdlərindən danışıb.

Xatırladaq ki, son günlər Rusiyada bir neçə tanınmış şəxs barədə qiyabi həbs cəzası çıxarılıb. Onların arasında həmvətənimiz Rövşən Əsgərov da var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR