Onlayn ictimai-siyasi qəzet
Rusiya hökuməti neft, qaz və kondensat hasilatı ilə bağlı statistik məlumatların dərcinin dayandırılması müddətini 2025-ci il aprelin 1-dək uzadıb.
Musavat.com xəbər verir ki, bu barədə hüquqi aktların rəsmi saytında dərc olunan sərəncamda deyilir.
Bu məlumatların dərci, hökumətin əvvəlki sərəncamına əsasən, 2023-cü ilin aprelində 2024-cü il aprelin 1-dək dayandırılmışdı. O vaxtdan Rosstat neft, qaz və qaz kondensatının hasilatı ilə bağlı aylıq, rüblük və illik statistik məlumatları dərc etmir.
Rusiya bu addımı Qərbin sanksiyaları və məhdudiyyətlərinin ölkənin neft-qaz ixracına təsirlərini gizlətmək üçün atıb.
Musavat.com
28 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ