İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada müddətli hərbi qulluqçular sülhməramlı missiyada iştirak edə biləcək

Rusiya hökuməti çağırışçıların Rusiya sülhməramlı missiyalarında iştirakına icazə verən qanun layihəsini Dövlət Dumasına təqdim edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, qanun layihəsi Rusiya Müdafiə Nazirliyi tərəfindən hazırlanıb.

Sənəd könüllü olaraq “sülhməramlı” ola biləcək hərbçilərin kateqoriyalarını genişləndirir.

Qanun layihəsində “ilkin xüsusi hazırlıq keçmiş, könüllülük əsasında işə götürülən hərbi qulluqçular”ın sülhməramlı ola biləcəyi göstərilib. Müddətli çağırışçılar da bu ifadənin altına düşür. Qanunun müddəalarının geriyə - 2022-ci il avqustun 15-dən qüvvəyə minməsi təklif edilir.

Rəsmi olaraq, Rusiya sülhməramlı kontingenti hazırda iki regionda yer alıb: Moldova ərazisində, Dnestryanı bölgədə və Qarabağda.

Qeyd edək ki, Ukraynaya qarşı başladılan tammiqyaslı işğal hərəkatından əvvəl Rusiya ordusu müqaviləli əsgərlərdən və çağırışçılardan ibarət olub. 2022-ci ilin payızından bütün səfərbər olanlar, o cümlədən hərbi xidmət müqaviləsi imzalamayanlar və könüllü birləşmələrin üzvləri hərbi qulluqçu statusuna bərabərləşdirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR