Onlayn ictimai-siyasi qəzet
2024-cü il sentyabrın 1-nə Rusiya miqrasiya orqanlarında təxminən 6,2 milyon əcnəbi qeydiyyatdadır.
Musavat.com xəbər verir ki, bu məlumatı Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi açıqlayıb.
Məlumatda qeyd olunur ki, bu il sentyabrın 1-nə Rusiyada miqrasiya qeydiyyatı üzrə dövlət informasiya sistemində olan əcnəbi vətəndaşların sayı 6 milyon 174 min 777 nəfər təşkil edib.
İdarənin Telegram kanalında yayılan məlumatda Daxili İşlər Nazirliyi KİV və bloqçuları material hazırlayarkən rəsmi statistikaya əsaslanmağa çağırıb.
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin iyunda bildirmişdi ki, Rusiyada miqrantların sayı 13-14 milyon nəfər arasında dəyişir. O, həmçinin bildirib ki, bu ilin ilk dörd ayında Moskvaya 1,2 milyon, Moskva vilayətinə daha 880 min və Sankt-Peterburqa 860 min miqrant gəlib.
DİN-in açıqladığı rəqəmlərdən aydın olur ki, Rusiyaya gedən miqrantların yarıdan çoxu miqrasiya orqanlarında rəsmi qeydiyyata düşmür.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ