Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatları hökumətə miqrant taksi sürücülərinin sürücüsüz taksilərlə əvəz olunmasını təklif ediblər.
Bu barədə parlament üzvləri Baş nazir Mixail Mişustinə rəsmi müraciət ünvanlayıblar.
Deputatların fikrincə, süni intellektlə idarə olunan nəqliyyat vasitələri qeyri-qanuni və ya aşağı ixtisaslı miqrant sürücülərdən daha təhlükəsizdir. Onlar hesab edirlər ki, bu cür texnologiyalar sərnişinlərin həyat və sağlamlığını daha yaxşı qoruyacaq.
Təklif olunan təşəbbüs Rusiyada artan miqrant axını və onların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri fonunda gündəmə gəlib. Hazırda hökumətin bu təklifə necə cavab verəcəyi gözlənilir.
Musavat.com
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ