İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada “iPhone”dan istifadəyə QADAĞA

Rusiya hərbi avadanlıqlarının istehsalı ilə məşğul olan “Rostex” şirkətinin əməkdaşlarına “Apple” firmasının məhsullarından biznes məqsədləri üçün istifadə etmək yasaqlanıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu tələb korporasiyanın bütün təşkilatları üçün tətbiq edilib.

Bundan əvvəl sözügedən qadağa “Rostex”in tərkibinə daxil olan və optoelektron sistemlərin istehsalına cavabdehlik daşıyan “Şvabe” şirkətinə şamil edilmişdi.

İyul ayının əvvəlində Federal Təhlükəsizlik Xidməti “Apple” mobil cihazlarında “virus proqramı” tapıldığını bəyan edib. Rusiya əks-kəşfiyyat qurumunun fikrincə, ABŞ kəşfiyyat xidmətləri həmin proqramdan ruslara casusluq etmək üçün yararlanır. Bu səbəbdən iyulun 17-dən Sənaye və Ticarət Nazirliyinin əməkdaşlarına iş yerlərində “iPhone”dan istifadə qadağan ediləcək.

Hər halda “Rostex” və Sənaye və Ticarət Nazirliyinin əməkdaşları telefonsuz qalmayacaqlar. Hələ bu ilin aprelində “Apple” şirkətinin telefonları əvəzinə məmurlar və dövlət şirkətləri üçün rus smartfonlarının hazırlandığı qeyd olunub.

Lakin məlumata görə, rus “iPhone”lar Çinin “Ulefone Armor X8i” smartfonlarına şübhəli şəkildə çox bənzəyir. İndi həmin cihazları Rusiyada 9890 rubla (110 dollar) almaq olar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR