İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada hərbi hissədə partlayış olub, ölənlər və yaralananlar var

Rusiyanın Belqorod vilayətində hərbi hissədə partlayış olub, ölənlər və yaralananlar var.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın “112” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, yanvarın 14-də tağım komandiri, baş çavuş hərbi hissədə RQD-5 qumbarasını partladıb.

Partlayışdan sonra yanğın baş verib, alov 450 kvadratmetr ərazini əhatə edib.

İlkin məlumata görə, insident nəticəsində 3 hərbçi həlak olub, 16-sı yaralanıb, daha 8 əsgər isə itkin düşüb.

Partlayış və yanğınla bağlı cinayət işi açılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR