İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada general rüşvət almağa görə tutuldu - FOTO

Rusiya Silahlı Qüvvələrinin rabitə şöbəsinin keçmiş rəisi Aleksandr Oqloblin həbs edilib.

İstintaq Komitəsinin əməkdaşları Rusiya Silahlı Qüvvələri Baş İdarəsinin 1-ci İdarəsinin keçmiş rəisi Aleksandr Oqloblinə qarşı cinayət işi açıb.O, rüşvət almaqda şübhəli bilinir və aparılan istintaq tədbirləri çərçivəsində nəzarətə götürülüb.

İstintaqın məlumatına görə, əvvəllər hərbi rabitə sistemində əsas vəzifələrdən birini tutan Oqloblin qanunsuz varlanmaq üçün vəzifə səlahiyyətlərindən istifadə edib.

Bildirilib ki, bu, generala qarşı ilk iş deyil. 2022-ci il fevralın 14-də Oqloblin 1,6 milyard rubl oğurluğuna görə 4,5 il həbs cəzası almışdı, avqust ayında Oqloblinin vəkili onun general Vadim Şamarinin işində ifadə vermək üçün azad edildiyini bildirmişdi./Milli.Az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR