İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada fərqli düşüncələri ilə tanınan məhkəmə hakimi İSTEFA VERDİ

Rusiya Konstitusiya Məhkəməsinin hakimi Konstantin Aranovski istefa verib.

Musavat.com xəbər verir ki, bu barədə “Azadlıq radiosu”nun Rusiya bölməsi məlumat yayıb.

Aranovski ölkənin təcrid edilməsi və Konstitusiyaya dəyişikliklərə qarşı çıxması, Konstitusiya məhkəməsinin qərarlarına xüsusi şərh verməsi ilə tanınırdı.

Qeyd edək ki, 2020-ci ildə Dövlət Duması Konstitusiya məhkəməsinin qərarına fərqli şərhlərin dərcini qadağan edən qanunu qəbul edib və prezident Vladimir Putin tərəfindən imzalanıb.

“İnterfaks” mənbəyə istinadən xəbər verir ki, 2020-ci ildə Aranovski RF Konstitusiyasına dəyişikliklərin tanınması ilə bağlı qərara səs verməyib. O, səsvermə zamanı xəstəlik məzuniyyəti götürüb.

Dəyişikliklərdən biri Rusiyanı Sovet İttifaqının hüquqi varisi kimi göstərib. Aranovski isə SSRİ-ni qeyri-qanuni olaraq qurulan dövlət adlandırıb və Rusiyanın “totalitar cinayətlərə qarışmayan” dövlət statusunda qalmalı olduğunu bildirib.

2017-ci ildə Aranovski həmkarı Vladimir Yaroslavtsev ilə birlikdə Konstitusiya Məhkəməsinin Rusiyanın YuKOS-un keçmiş sahiblərinə təzminat ödəməməsi barədə qərarına qarşı çıxıb. 2019-cu ildə isə o, əcnəbilərin media orqanlarına sahiblik etməsinə qoyulan qadağanı tənqid edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR