Onlayn ictimai-siyasi qəzet
Rusiyada vətəndaşlıq alan əmək miqrantlarını məcburən hərbi qeydiyyata almağa başlayıblar.
Musavat.com TASS-a istinadən xəbər verir ki, avqustun 15-də Sankt-Peterburq polisinin keçirdiyi reyd zamanı 100-dən yuxarı əmək miqrantı hərbi komissarlıqlara aparılaraq hərbi qeydiyyata aldırılıb.
Onların hamısı Rusiya vətəndaşlığı alsalar da, hərbi qeydiyyatdan keçməyiblər.
Beləliklə, aydın olur ki, Rusiya Ukraynada döyüşən orduya başqa xalqların nümayəndələrini cəlb etməyə davam edəcək. İşğalçı müharibəyə başlayandan Rusiya qanunvericiliyinə əmək miqrantlarının vətəndaşlıq almaq prosesini asanlaşdıran çoxsaylı dəyişikliklər edilib. Belə dəyişikliklərdən birinə görə, Rusiya ordusu ilə müqavilə əsasında Ukraynada 6 ay döyüşən xarici ölkə vətəndaşları Rusiya vətəndaşlığı əldə etmək hüququ qazanırlar. Eyni zamanda Rusiyada vətəndaşlıq alan və döyüşə yararlı yaşda olan bütün kişilərin hərbi qeydiyyatdan keçməsi məcburidir.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ